Sumqayıt şəhər məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Sumqayıt 2 saylı şəhər xəstəxanasının sabiq baş həkimi Ramiz Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenicag.az xəbər verir ki, Sumqayıt şəhər məhkəməsinin hakimi Rövşən Xəlilovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cinayət məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə islah işlərinə cəlb edilib.
İttihama görə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Publik Hüquqi şəxs Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının baş həkimi işləmiş Həmzəyev Ramiz Şahverdi oğlu vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla səlahiyyətlərindən su istifafə etmiş, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib. Belə ki, o əlillik dərəcəsi almaq üçün müraciət etmiş şəxslərin adına xəstəxanada stasionar müalicə almaları barədə müxtəlif diaqnozlar qeyd edilməklə saxta sənədlər vermişdir. Bununla da o, Azırbaycan Respublikası CM-nin 308.1-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin 01.12.2023-cü il tarixli hökmünə əsasən qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Əlavə olaraq qeyd olunur ki, o CM-nin 313-cü maddəsinə əsasən təqsirli bilinmiş, lakin barəsində başlanmış cinayət işi üzrə işə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyinə görə xitam verilmişdir./APA
www.yenicag.az