Reklam: High Technic
hightechnic

Sabiq ölkə prezidenti həbs olundu - 10 illik cəza

2016-cı ilin oktyabrında saxlanılan Salvadorun sabiq prezidenti Antonio Saka ilə bağlı hökm irəli sürülüb.

Yenicag.az xəbər verir ki, korrupsiyada ittiham olunan sabiq ölkə başçısına 10 il həbs cəzası verilib.

O, sahibi olduğu 5 milyon dolların mənbəyini göstərə bilməyib.

Qeyd edək ki, Salvadorda korrupsiyaya görə həbs olunan ilk ölkə başçısı olan Antonio Sakanın prezidentlik dönəmi 2004-2009-cu illərə təsadüf edir.

www.yenicag.az

1943