Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı yaralananların sayı 48 nəfərə çatıb.
Faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.
Məlumata görə, Bişkek və Çuysk vilayətləri xəstəxanalarına 48 nəfər müraciət edib. Onlardan 9 nəfəri ambulator müalicəyə buraxılıb. Ümumilikdə isə 38 nəfərin stasionar müalicədə olduğu bildirilir.
Qeyd edək ki, daha bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilib.
***
07.08.2019 20:25
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev saxlanılıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi təyinatlılar eks-prezidentin evində xüsusi əməliyyat keçirib.
Bu barədə məlumatı A.Atambayevin vəkili də təsdiqləyib. Vəkil evin ətrafından atəş səsləri gəldiyini də qeyd edib.
Belə ki, sabiq prezidentin bir qrup tərəfdarı evin qarşısında barrikada quraraq xüsusi təyinatlıların əməliyyatına mane olmağa çalışıb. 10-dan çox yaralı olduğu bildirilib.
2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiya əməllərində təqsirləndirilir. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.
www.yenicag.az