Sabiq rəqibi partiya sədrini “raykom”a bənzətdi

media-hightechnic-468x90

141014_9791Səxavət Əlisoy: “Arif Hacılı özünü artıq partiya sədri olaraq deyil, sovet dönəmində olduğu kimi raykomun birinci katibi kimi aparır”

Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyadan çıxarılan, ADR Hərəkatı sədrinin müavini Səxavət Əlisoy partiyada baş verənlərə münasibət bildirib. Yenicag.az-a açıqlamasında o, keçmiş rəqibini raykoma bənzədib:

“Arif Hacılı özünü artıq partiya sədri kimi deyil, sovet dönəmində olduğu kimi raykomun birinci katibi kimi aparır. Zatən onun düşüncəsi də komsomol düşüncəsidir və addımlarını da məhz bu zehniyyətindən irəli gələrək atır. Bundan sonra da o komsomol sayağı addımları atmaqda davam edəcək. Burada heç bir demokratiyadan söhbət ola bilməz. Hacılı və demokratiya bir-birinə tərs mütənasibdir.  O baxımdan da Hacılının fərqli düşünənləri partiyadan çıxarması kimi hərəkətlərinə təbii baxıram. Arif Hacılı fərqli düşünənləri partiyadan çıxarmaqla təşkilatı zəiflətdiyini dərk etmir. Dərk etsəydi, belə addımlar atmazdı. Deməli onun zehniyyətində problem var. Zehniyyətində problem olan adamın partiya rəhbəri olması özü bir absurddur. Bunu Müsavat Partiyasına üzv olmaqda davam edən sıravi və xüsusən ziyalı müsavatçılar ciddi fikirləşməlidir. Proseslər onu göstərir ki, yaxınlarda Müsavatda daha böyük qopmalar baş verəcək və beləcə Hacılının rəhbərlikdən çıxarılmasına da ehtiyac qalmayacaq”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600