!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabit Bağırov: “Bu gün Azərbaycanda hər etnik qrup öz adı ilə adlansa da,...” – VİDEO

!Reklam – Yazi

“Tarixi ədaləti bərpa etmək mümkündür – əlimizdən gələni edib adımızı qaytarmalıyıq!”

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan türklərinin öz adlarını bərpa etmələrinin vacibliyini bildirən Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş prezidenti Sabit Bağırov deyib.

Sabit Bağırovun sözlərinə görə, Azərbaycanda bütün etnik qruplar öz adları ilə çağırıldığı halda, türklərin “azərbaycanlı” kimi qalmaları doğru deyil:

“Azərbaycanlı Azərbaycanda yaşayan deməkdir. Etnik mənsubiyyətimizdən asılı olmayaraq hamımız Azərbaycanlıyıq. Bu gün Azərbaycanda hər etnik qrup öz adı ilə adlanır. Lakin türklər istisna olaraq, Azərbaycanlı adını daşıyır.

Bu da düzgün deyil. Türklər sanki diskriminasiya olunmuş etnik qrupdur. Bu, Stalin siyasətinin nəticəsidir. O zaman ciddi müqavimət olmadı.

O quldur rejimində mümkün deyildi. İndi isə ölkəmiz müstəqildir. Tarixi ədaləti bərpa etmək mümkündür – əlimizdən gələni edib adımızı qaytarmalıyıq!”

 

www.yenicag.az

1684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv