Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, avqustun-8-də rayon ərazisində yolun kənarında yerli sakinlər tərəfindən naməlum kişi meyiti aşkar edilib.
Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsinə yerləşdirilib. Məlum olub ki, rayonun Qorqan kənd sakini, 1989-cu il təvəllüdlü Rauf Eyvaz oğlu Hacıyevi avtomobil vurub və o, hadisə yerində ölüb.
Polisin axtarışları nəticəsində onun Belarus Respublikası vətəndaşı Kuzmin Mikali Nikolayeviç olduğu aşkarlanıb və o, saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.
www.yenicag.az