Şabranda narkokuryerlər saxlanıldı

media-hightechnic-468x90

f3b2203328daa162510a67b80ec3a735Şabranda narkotik vasitələrinin satışı və istifadəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarışları nəticəsində 1985-ci il təvəllüdülü Şabran rayonu, Dəvəçi kənd sakini Xalıqov Hicran Rəcəb oğlu tutulub. Onun üzərinə üzərində baxış zamanı 1 kibrit qutusunda ümumi çəkisisi 6.3 qram qurudulmuş marixuana aşkar olunub.

İstintaqa ilkin ifadəsində o, narkotik vasitənin şəxsi istifadəsi üçün aldığını etiraf edib.

Qeyd edək ki, Hicran Xalıqov 2011-ci ildə narkotik vasitələrinin satışı maddəsi ilə məhkum olunub və 2013-cü ildə azadlığa çıxıb.

Aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində H. Xalıqova narkotik vasitəni satan şəxsin 1979-cu il təvəllüdlü Xaçmaz rayonu, Xudat şəhər sakini Ulutozerlər Nəcməddin İsmayıl oğlu olduğu müəyyənləşib. Onun üzərində baxış keçirilərkən 6 ədəd kibrit qutusunda ümumi çəkisi 29.18 qram qurudulmuş marixuana aşkarlanıb.

Hər iki faktla bağlı AR CM 234.1 və 234.2 maddələri ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600