Sabunçu rayonunda dəhşətli yol qəzası baş verib-Video,Foto

media-hightechnic-468x90

8f85ec38e8883aa9cbfd1fbfa0372cafSabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə şəhər şosesində qeydə alınıb. Elçin Alıyev idarə etdiyi “VAZ 2102” markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan “KAMAZ” a arxadan çırpılıb. Nəticədə avtomobildə olan sürücü və 3 sərnişin aldıqları xəsarətdən hadisə yerindəcə dünyalarını dəyişiblər.

Dərhal hadisə yerinə FHN-nin xilasediciləri , Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Hadisənin baş verdiyinə gəldikdə isə, ilkin ehtimal olaraq “VAZ 2102” avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozması və yüksək sürət göstərilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600