Şağan Olimpiya İdman Kompleksində oğurluq

media-hightechnic-468x90

Şağan Olimpiya İdman Kompleksində oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, kompleksin idman zalında yerləşən paltardəyişmə otağından dəyəri 500 manat olan bir ədəd “Samsung A 23” markalı və dəyəri 1500 manat olan bir ədəd “iPhone 14” markalı telefon oğurlanıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılan şəxs yetkinlik yaşına çatmadığına görə adını açıqlamırıq.

İlkin dindirmə zamanı məlum olub ki, o, olimpiya kompleksindən başqa “İnci-23” MMC-nin nəzdində fəaliyyət göstərən məxsus “Andromed” klinikasına aid aptekdən də oğurluq edib. Həmin şəxs bu əməli tanışı vasitəsi ilə törədib. Həmin şəxs də yetkinlik yaşına çatmayıb.

Onlardan birinə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, digərinə isə 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilib. Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Emin Rüstəmovun sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmü ilə hər iki 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa