!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagirdi döyən müəllim işdən çıxarıldı - Bakıda

!Reklam – Yazi

Məktəbdaxili intizam qaydalarına, “Müəllimlərin Etik Davranış Qaydaları”nın tələblərinə uyğun olmayan davranışa yol verdiyinə görə, 189-190 nömrəli məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyeva ilə bağlanmış əmək müqaviləsi 2 may tarixindən ləğv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

BŞTİ bildirir ki, “Müəllimlərin Etik Davranış Qaydaları”na uyğun olaraq, müəllim təhsil alanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməli, pedaqoji etika və əxlaq normalarına riayət etməli, müəllim nüfuzunu yüksək tutmalı və ziyalılıq nümunəsi göstərməlidir: “Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Bütün təhsil idarəretmə qurumları bu kimi hallara qarşı barışmazdır və belə halların yolverilməz olduğunu bildirir”.

Qeyd edək ki, mətbuatda Bakının 189-190 saylı orta məktəbində ibtidai sinif müəlliminin 1 sinif şagirdini döydüyü barədə məlumatlar yayılıb.

COP29

www.yenicag.az

1687
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv