Şahin Zəkizadənin vəfatı təsdiqləndi (Yenilənib)
Azərbaycanın tanınmış rejissoru Şahin Zəkizadə dünyasını dəyişdi. Bu barədə onun həyat yoldaşı Səbinə xanım ilk olaraq Yeniçağ.az-a xəbər verib.
Xatırladaq ki, rejissor bir müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, mərhum sabah Yasamal qəbiristanlığında dəfn ediləcək.
Allah rəhmət etsin!
***
Xanımı Səbinə Zəkizadə “Qafqazinfo”ilə ikinci dəfə əlaqə saxlayaraq yanlış məlumat verdiyini bildirib.
O, qeyd edib ki, bu məlumatı yayandan sonra həkimlər bildirib ki, Şahin hələ yaşayır.
***
“Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasından aldığımız məlumata görə, Şahin Zəkizadə 3 saat bundan əvvəl dünyasını dəyişib.
Mərhum rejissor sabah saat 12-də Maştağa qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!
Yeniçağ.az