Salyanda dörd otaqlı ev yandı

media-hightechnic-468x90

Salyanda yanğın hadisəsi baş verib.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonunun Şəkərli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Şahbazov Təyyar Vəlixan oğluna məxsus dörd otaqlı fərdi yaşayış evində anidən yanğın başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülərək alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Buna baxmayaraq, 150 kv.m sahəsi olan ev yararsız hala düşüb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05