!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyanda itkin düşən 14 yaşlı oğlan Qusarda tapıldı - FOTO/YENİLƏNDİ

!Reklam – Yazi

Salyanda itkin düşən yeniyetmə tapılıb.

Yenicag.az xəbər verir ki, 2008-ci il təvəllüdlü H.Hacıyev Qusar rayonunda aşkarlanıb.

Belə ki, Salyanda anası ilə birgə qalan yeniyetmə Qusarda yaşayan atasının yanına yollanıbmış.

 

*** 12:22

 

Salyan sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, Salyan rayonu Kürsəngi kənd sakini X.Məmmədova cari ilin mart ayının 8-də Rayon Polis Şöbəsinə müraciət edərək, 7 mart tarixində oğlu, 2008-ci il təvəllüdlü H.Hacıyevin yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.

H.Hacıyevin əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, sarışın və qısa saçlı. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

“Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə və 055-390-87-87 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, -DİN-dən bildirilib.

COP29

www.yenicag.az

820
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv