Salyanda narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı

media-hightechnic-468x90

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini və satışını təşkil edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Məmməd Qasımov saxlanılıb.

media-banner_tuq

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb. Araşdırmalar zamanı M.Qasımovun narkotik vasitəni satış məqsədilə iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05