“Şamaxı” səfərdə “Zirə”ni məğlub etdi

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, günün son qarşılaşmasında “Şamaxı” səfərdə “Zirə” ilə üz-üzə gəlib.

Zirə İdman Kompleksinin stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın yeganə qolunu 16-cı dəqiqədə bölgə təmsilçisinin heyətindəki Leroy Mikels vurub.

Günün ilk oyununda “Sabah” “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.

Turun əvvəlki matçlarında “Səbail” “Kəpəz”ə 4:0, “Turan Tovuz” “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan” və “Neftçi” komandaları arasında keçirilən qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə nəticələnib./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600