Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şamaxıda evə basqın edən şəxslər qadına xəsarət yetirdi

Şamaxıda quldurluq hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) avqustun 24-də saat 3 radələrində, şəhər sakini P.Niyazovun evinə girən bir nəfərin onu və arvadını bıçaqla hədələyib pul tələb etməsi, döyməsi və arvadının çənə nahiyəsinə bıçaqla xəsarət yetirərək 2 ədəd mobil telefon aparması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Heybətov, P.Həmidov və V.Pənahov saxlanılıblar.

Araşdırma aparılır.

www.yenicag.az

332
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100