Şamaxıda maşın dərəyə aşdı - Qadın öldü

media-hightechnic-468x90
Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb.

Yenicag.az xəbər verir ki, hadisə noyabrın 16-da Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.

media-banner_tkm

Belə ki, 1990-cı il təvəllüdlü Emil Rafail oğlu Əkbərli idarə etdiyi “Şevrolet Kruz” markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan sağa çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Suğra Mirağa qızı Əkbərli aldığı xəsarətlərdən noyabrın 17-si saat 02:30 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05