!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şani Luk necə öldürüldü? - Atası danışdı

!Reklam – Yazi

HƏMAS silahlıları tərəfindən öldürülən alman qadın Şani Lukun atası qızının hadisə yerində öldürüldüyünü və əziyyət çəkmədiyini bildirib.

Yenicag.az xəbər verir ki, Nissim Luk bu barədə “Daily Mail”ə danışıb.

Ata Luk jurnalistlərə deyib ki, onun 22 yaşlı qızı işğal günü Kibbutz Reim yaxınlığındakı Nova elektron festivalında dostları ilə rəqs edərkən silahlılar mülki şəxslərə atəş açıb və qız dostları ilə birlikdə avtomobillə qaçmağa çalışıb. 10 dəqiqə ərzində onları silahlı yaraqlılar qarşılayıb. Maşını vurublar, Şani dərhal ölüb. O, qızının əziyyət çəkmədiyini deyib.

Xatırladırıq ki, işğalın ilk günlərində HƏMAS yaraqlılarının pikapda bir qızın cəsədinin yanında əyləşdiyini əks etdirən video yayılıb. Onun şəxsiyyəti ayağındakı döymənin köməyi ilə müəyyən edilib. Daha sonra Şani Lukun sevgilisi və dostları ilə festivala getdiyi məlum olub. Hücum başlayandan sonra o, valideynlərinə zəng edə bilib.

Dünən İsrail Xarici İşlər Nazirliyi Şaninin cəsədinin tapıldığını və onun ölümünün təsdiqləndiyini bildirib. Daha sonra İsrail prezidenti İshak Hersoq qızın başının tapıldığını açıqlayıb.

“Bu o deməkdir ki, bu vəhşi, sadist heyvanlar israillilərə hücum edərkən, onlara işgəncə verərkən və öldürərkən sadəcə başlarını kəsiblər”, deyə o, hücumun daha 40 qurbanının cəsədinin indiyədək müəyyən edilmədiyini bildirib./Qaynarinfo

COP29

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv