“Sosial şəbəkələrə baxırsan, sinələrini və bədənlərinin digər yerlərini açıb göstərməklə məşğuldurlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında sosial şəbəkələrdə açıq-saçıq fotolarını yayan məşhur xanımları sərt tənqid edən tanınmış aparıcı Lətafət Ələkbərova deyib.
Aparıcının sözlərinə görə, hər bir xanım özünə hörmət etməyi bacarmalıdır:
“Qadın sinəsini nə qədər gözə soxar? Sanki satlıq əşyadır, özünə müştəri axtarır. Yəni sənin sinəndən başqa göstəriləsi heç nəyin yoxdur? Belə çıxır ki, yoxdur. İçin boşdur, üzün gözəl deyil, bunu ört-basdır etməyə məcbursan.
Xanım öz təbəssümü, gözəl gözləri, baxışları, şarmı ilə də diqqət çəkə bilər. Yoxsa ki, açıq-saçıq fotolar çəkdirib, sosial şəbəkələrdə paylaşmaq utanc gətirən haldır.
Mən də qısa ətək, dekolte geyinirəm, amma əndazəni aşmıram. Çünki qadın özünə hörmət etməyi bacarmalıdır. Sinəni açıb göstərəndə, əlbəttə ki, əks cinsin nümayəndələri sənə heyvani hisslərlə baxacaqlar.
Belə olan halda, hörmətdən, rəğbətdən danışmağa dəyməz. Mən xoşlamıram əks cinsin nümayəndələri mənə şəhvani hisslərlə baxsın. Kişilər mənə ehtirasla baxanda, əsəbləşirəm”.
Cəvahir
www.yenicag.az