“Sarı gəlin” dünya arenasına çıxır

media-hightechnic-468x90

загруженное (1)Sami Yusif yeni albomunda “Xorasan” ilahisini və “Sarı gəlin”i dünya arenasına çıxarır Azərbaycan əsilli müğənni Sami Yusifin “The Centre” (“Mərkəz”, – red.) adlı yeni albomunu bir neçə günə işıq üzü görəcək. Əhli-beyt (ə) ardıcıllarının 8-ci imamı İmam Rzanın (ə) mövludu ərəfəsində tanıdılan albom 2 xüsusi məziyyəti ilə diqqət çəkir. Belə ki, albomda ilk dəfə olaraq S.Yusifin ifasında Xorasan adlı ilahi təqdim edilir. Xorasan ilahisi tanınmış ifaçının səsində həm ərəb, həm də ingilis dillərində olmaqla 2 dildə təqdim edilir. İlahidə dünya şöhrətli ifaçı Xorasan arzusunu dilə gətirir. Albomda digər mühüm məqam Azərbaycan xalq mahnısı “Sarı gəlin”in dünya şöhrətli musiqiçinin ifasında yeni albomda yer almasıdır. Bu isə uzun illərdir dünya miqyasında aparılan erməni təxribatına qarşı ciddi zərbə hesab edilir. Sami Yusifin yeni albomunun sentyabrın 12-də işıq üzü görməsi planlaşdırılıb. Artıq indidən Almaniya, İngiltərə, Fransa, Amerika və digər inkişaf etmiş ölkələr üzrə albomun virtual sifarişlərinə başlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600