Sarkisyan Putinlə görüşə gedir

media-hightechnic-468x90

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya ikigünlük səfər edəcək.

Səfər zamanı Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi zonasında son vəziyyət müzakirə olunacaq.

Danışıqların yekunlarına dair bir neçə investisiya sazişlərinin imzalanması gözlənilir.

Sarkisyan-Putin görüşünün Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində baş tutacağı bildirilir.

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa