!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarkozinin “İmic reabilitasiyası”: Keçmiş prezident “müdafiədən hücuma çıxır”

!Reklam – Yazi

Bir sıra cinayətlərdə suçlanaraq, məhkəmə təhqiqatlarına cəlb olunan Fransanın sabiq prezidenti Nikola Sarkozi vəziyyəti lehinə dəyişmək üçün hərəkətə keçib.

Yenicag.az xəbər verir ki, eks-preizdent Fransanın “Mundo” nəşrinə müsahibəsində Fransadakı vəziyyətdən tutmuş qlobal problemlərə qədər müxtələf məsələlərə dair mövqeyini bildirib.

Ən maraqlısı budur ki, Sarkozi həmin müsahibəsində ABŞ-ın hegemonluq iddialarını tənqid edərək, prezident Donald Trampı yanlış siyasət yürütdüyünü açıq mətnlə bildirib.

Sarkozinin müsahibəsindəki diqqəti çəkən məqamlardan biri də onun Qərbin timsalında “köhnə dünya”nın tənəzzül etdiyini bəyan etməsi və “dünya oxu”nun artıq Şərqə doğru çevrildiyini söyləməsidir.

Başı məhkəmə çəkişmələrinə qarşıan Sarkozinin indiki şəraitdə yuxarıda qeyd olunan məqamlara toxunması nədən irəli gəlir? Keçmiş prezident ABŞ və onun prezidentini niyə bu sərtliklə hədəfə alır və Qərbin sonunun yetişdiyini deyir?

Sarkozinin vəziyyətinə nəzər saldıqda bu sualların cavabını tapmaq olar. Görünən budur ki, o, korrupsiya ittihamları üzündən xeyli çirklənmiş reputasiyasını “təmizləmək”, heç olmasa, ictimai rəydə müəyyən xallar toplamaq üçün belə bir taktika seçib.

Ancaq onun bu fikirlərinin arxasında həm də ciddi blef və məlumatsızlıq dayanır. Hər halda, Sarkozinin Asiyada 4 milyard insan yaşamasını 800 milyon əhalisi olan Avropa qarşısında üstünlük kimi göstərməsinin başqa adı yoxdur. Çünki dövlətlərin gücü əhali sayı ilə deyil, iqtisadi qüdrəti, Ümumi Daxili Məhsulun (ÜDM) həcmi ilə ölçülür.

Digər tərəfdən, Sarkozi Şərqə doğru reveransı ilə Fransadakı miqrantların rəbətinə “əl uzadır”. Ancaq bu gedişlərin həmin niyyət üçün yetərli olduğu böyük sual altındadır.

Ümumilikdə isə, Sarkozinin bəhs edilən müsahibəsində toxunduğu məqamların çoxu blef xarakterli olsa da, onun Avropanın siyasi-iqtisadi qürub içində olmasına dair fikri ilə razılaşmamaq çətindir…

COP29

www.yenicag.az

812
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv