Səbaildə «Son zəng» tədbirləri-Foto

media-hightechnic-468x90

unnamed (2)«Son zəng» tədbirləri ənənəvi olaraq Səbail rayonunun bütün 17 orta məktəbində təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılmış, bilik bayramının yüksək səviyyədə, məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər.

Səbail rayonunda 17 orta məktəblərində 1984 nəfər pedaqoji işçi çalışır. Orta məktəblərdə 20577 şagird təhsil alır ki, bu il onların 1492 nəfəri məzundur.

«Son zəng» tədbirinin keçirildiyi 6 saylı məktəb-lisey öz ənənələri ilə seçilir. Məktəb 2007-2008 və 2012-2013-cü tədris illərinin yekunlarına görə «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin qalibləri və məktəbin 15 müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında olmuşlar. Keçən il təhsildə qazanılan uğurlara görə məktəbin müəllimi Solmaz Əskərova «Əməkdar müəllim» fəxri adına, Viktoriya Abdullayeva və Emin İmanov «Tərəqqi» medalına layiq görülmüşlər.

Bu il məktəbi 141 nəfər məzun bitirir.

Tədbirə toplaşan məzunları, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 6 saylı məktəb-lisein direktoru, əməkdar müəllim Gülşən Orucova məktəb kollektivinin uğurlarını qeyd edərək məktəbin məzunu – 1967-1977-ci illərdə bu məktəbdə oxumuş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri ilə respublikamızda təhsilə olan diqqət və qayğıdan, məhz cənab Prezidentin sərəncamına əsasən 6 saylı tam orta məktəbin sokülərək yenidən tikilməsi və ölkə başçısının iştirakı ilə istifadəyə verilməsindən, burada müasir təhsil üçün hər cür şərait yaradılmasından danışmış, məzunları Prezidentimiz kimi vətənpərvər, işgüzar olmağa çağırmış, onlara gələcək həyatda uğurlar arzulamışdır.

«Son zəng» tədbirinin keçirildiyi 189-190 saylı orta məktəb keçən il iki məktəbin birləşdirilməsi ilə yaradılmışdır. Məktəbdə hazırda 1580 şagird təhsil alır və onlara 153 müəllim dərs deyir. Bu tədris ilində məktəbi 4 sinifdə 101 nəfər şagird bitirir, məktəbin 7 birinci sinifdə 194 nəfər şagird təhsil alır.
190 saylı məktəb 2009-cu ildə, 189 saylı orta məktəb isə 2012-ci tədris ilində «Ən yaxşı ümumi təhsil müəssisəsi» müsabiqəsinin, 9 nəfər müəllim isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasinda olmuşlar. Məktəbdə 2 nəfər  Əməkdar müəllim çalışır.

2012-ci ildə 189 saylı orta məktəb Dövlət Proqramına uyğun olaraq əsaslı təmir olunaraq bütün lazımi avadanlıqlarla təchiz olunmuşdur. Hazırda 190 saylı orta məktəbin binası əsaslı təmir olunur.

Tədbirə toplaşan məzunları, onların validenylərini və çoxsaylı qonaqları salamlayan 189-190 saylı orta məktəbin direktoru, Əməkdar müəllim Ceyran Kuliyeva məktəb kollektivinin uğurlarını qeyd edərək Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışdı, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi. Xüsusi olaraq qeyd olundu ki, Dövlət Proqramına əsasən artıq 190 saylı orta məktəbin binasında əsaslı təmirə başlanılıb və sentyabr ayının əvvəlində işlər başa çatdırılacaqdır. Direktor Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb.

Hər iki məktəbdə keçirilən tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyəti barədə banışmışdır.
Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, bu il Azərbaycan paytaxtında keçriləcək ilk Avropa oyunlarının ölkəmizin dünyada daha yaxından tanınması, onun nüfuzunun artmasındakı əhəmiyyətlini vurğulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdır.

Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, YAP Qadınlar təşkilatının sədri Nurlana Əliyeva, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.

Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri iştirak etmişlər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600