“Səbrimiz tükənərsə…” – İHH başqanı barmaq silkələdi

media-hightechnic-468x90

2015294628Fələstinə insani yardım götürərkən İsrailin hücumuna məruz qalan “Mavi Mərmərə” gəmisi Qaradənizə çıxaraq, Samsuna gedib. Yenicag.az xəbər verir ki, gəmini izləməyə gələnlərin önündə çıxış edən İnsani Yardım Vəqfi (İHH) başqanı Bülent Yıldırım İsrailin onlara qarşı hücumundan və sonra yaşananlardan bəhs edib.

İsrailin insanlığa qarşı cinayətinə qarşı susmaları üçün müxtəlif təkliflər aldığını bildirən İHH başqanı hüquqi mübarizənin davam edəcəyini bildirib: “Səbrimiz tükənərsə, yenidən yola çıxarıq” deyib.

Qeyd edək ki, Gülən ilə Ərdoğan arasında ilk fikir ayrılığının olduğu məsələlərdən biri İHH-nın “Mavi Mərmərə” məsələsi idi. Belə ki, beynəlxalq sularda İsrailin hücumuna uğrayan “Mavi Mərmərə” üçün Ərdoğan bu dövləti günahlandırarkən, Gülən İHH rəhbərliyni ittiham edərək, onları “otoritədən izn almamaqda suçlamışdı”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600