Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Seçkiyə getməyə həvəsim qaçdı” – Sabir Rüstəmxanlıdan səs-küylü müsahibə

zxcxzcx5Xəbər verdiyimiz kimi, şair və deputat Sabir Rüstəmxanlı noyabrın 1-də keçiriləcək parlament seçkisinə qatılmır.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, uzun illər 72 saylı Yardımlı Seçki Dairəsindən millət vəkili seçilmiş Sabir Rüstəmxanlı seçkiyə qatılmamasını AzadlıqRadiosuna müsahibəsində belə izah edib:

– Müəyyən şərtlər vardı, şərait elə gətirdi ki, bu şəraitdə namizədliyimi verməyi özümə rəva bilmədim.

– Söhbət hansı şəraitdən gedir?

– Konkret olaraq mənim namizədliyimi verdiyim seçki dairəsinə elə adamlar göndəriblər ki, mən onlarla birgə seçki yarışına qoşulmaq istəmədim.

– Sabir bəy, siz bir seçki dairəsində yox, ölkədə tanınan birisiz. Seçki dairəsini dəyişə bilərdizmi?

– Nə dəyişmək, nə başqa şey haqqında düşündüm. Əgər kimsə 3-4 ildə bir dəfə o rayona gedib camaatın hal-əhvalını soruşmursa, camaatdan xəbər tutmursa, indi gəlib mənim qabağıma çıxırsa… Buna (bu seçkiyə qatılmağa –red.) mənim ehtiyacım yoxdur. Bu 5 ildə mən rayon üçün kifayət qədər işləmişəm. Yollar çəkdirmişik, 15-16 kəndin su problemini həll edirik, 50 km-ə yaxın yol çəkilib, məktəb, müəyyən binaların tikintisinə, abadlıq işlərinin aparılmasına nail oldum. Nəhayət, ilk dəfə bu 5 ildə (deputatlıq müddəti nəzərdə tutulur-red.) rayon üçün ürəyimcə işlər gördüm. Hesab eləyirəm ki, elə bu vəziyyətdə də deputatlıqdan ayrılmağım yaxşıdır, çünki bir var, heç nə eləmədən ayrılasan, biri də var, müəyyən işlər görəsən. Mənə nə qədər adam zəng elədi ki, “Namizədliyinizi verin, camaatın 90 faizi sizə səs verəcək”, mən yenə də getmədim.

– Sabir bəy, siz uzun illərdir ki, parlamentdə təmsil olunursuz…

– 25 ildir.

– Bəli, uzun müddətdir və seçkiqabağı təbliğat aparmaqda böyük təcrübəniz var. Rəqibinizin kimliyindən asılı olmayaraq, siz öz təbliğatınızı aparacaqdız. Yoxsa hesab eləyirsiz ki, seçki antidemokratik keçəcək, o üzdən geri çəkilirsiz?

– Nə demokratik, nə antidemokratik. Seçki haqqında bəri başdan fikir demək düz olmaz. Sadəcə, seçkiyə, mandat almağa birdən-birə həvəsim qaçdı, ona görə də seçkiyə getmədim. Partiyadan namizədliyini verənlər var. Onlar da parlamentə, inşallah, düşəcəklər. Biz indiyə kimi Milli Məclisdə bir partiya kimi 3 deputatla təmsil olunmuşuq, yeni parlamentdə də 3 üzvümüz olar, bu, mənə bəsdi. Parlamentdə özüm oturmasam da olar, mən mandatsız da özümü millətimin vəkili hesab edirəm. Xalqın adından danışmağa hüququ, mənəvi haqqı olan bir neçə adam varsa, özümü onlardan biri hesab edirəm. Ona görə də deputat oldum-olmadım, hörmətimi millət vəkili kimi yox, şair Sabir Rüstəmxanlı kimi qazanmışam. Hələ də onu deyə bilərəm ki, millət vəkili olanda şair kimi illər uzunu qazandığım hörməti bəzən itirirdim. Artıq yaradıcılığıma və partiya sədri kimi fəaliyyətimə davam edəcəm.

– Mətbuatda yazılmışdı ki, xanımınız Tənzilə Rüstəmxanlı da seçkiyə qatılmaq niyyətindədir və siz bu üzdən geri çəkilirsiz. Ötən parlament seçkisində də Tənzilə xanım deputat olmaq istəyirdi, ancaq son anda “bir ailədən iki deputat olmaz” deyib geri çəkildi.

– Əsas o deyil. Tənzilə xanımın seçiləcəyi bəlli deyil ki. Yəni mən namizədliyimi verməsəm, Tənzilə xanım seçiləcək kimi bir şey yoxdur. O da Azərbaycan vətəndaşıdır, seçkiyə qatıla bilər.

– Tənzilə xanım seçkiyə qatılmaq qərarını qətiləşdiribmi?

– Bu, hələ məlum deyil.

www.yenicag.az

504