Sədr Azərbaycana gəlib

media-hightechnic-468x90

download (45)Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

V. Matviyenko Azərbaycanla siyasi, sosial-iqtisadi, humanitar və başqa sahələrdə sıx əməkdaşlıq etdiklərini deyib. O, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin artdığına diqqət çəkərək 2013-cü ildə bu dövriyyənin maksimumu həddə – 3,6 milyard dollara çatdığını söyləyib. Enerji sektoru, nəqliyyat və digər sahələrdə də sıx əməkdaşlığın olduğunu qeyd edən Federasiya Şurasının sədri Rusiya-Azərbaycan əlaqələrinin güclənməsində əsas faktorun regional əməkdaşlıq və sərhəd qonşuluğu olduğunu vurğulayıb.

V. Matviyenko hazırda Bakıda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştirak edir. O, prezident İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa