Səfir: ABŞ-ın Azərbaycanla bağlı siyasətində dəyişiklikdən danışmaq hələ tezdir
ABŞ-ın xarici siyasəti, eləcə də Azərbaycanla bağlı siyasətindəki dəyişiklikdən danışmaq hələ tezdir.
Yeniçağ.Az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib: “Yeni hökumət hələ formalaşma mərhələsindədir. Prezident Donald Tramp əvvəl bəyan etmişdi ki, ABŞ-ın xarici siyasətində dəyişikliklər olacaq. Ancaq konkret dəyişikliklər haqqında danışmaq hələ çox tezdir”.
Yeniçağ.Az