!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid ailələri və qazilərə psixoloji yardım göstərildi - FOTO/VİDEO

!Reklam – Yazi

 

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi avqustun 14-də Abşeron rayonunda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələri və müharibə veteranları ilə iş” adlı layihə çərçivəsində hüquqi marifləndirmə və psixoloji yardım göstərilib.
Hüquqi yardıma ehtiyacı olanların probleminin həlli istiqamətində aidiyyatı üzrə hüquqi marifləndirmə və hüquqi yardım göstərilib.

Ekspert tərəfindən problemi olan şəxslərlə bağlı müraciətləri qəbul edərək, problemin həlli üçün işlər görülüb.

Eyni zamanda, pisxoloqlar şəhid ailələri və müharibə iştirakçılarına psixoloji yardım üçün müəyyən testlər götürüblər. Testin nəticəsi olaraq depressiyası və təşvişi olanların qeydləri aparılıb. Psixoloji yardım almaq üçün aidiyyatı qurumlara yönəldiləcək.

Məlumat üçün bildiririk ki, tədbir iştirakçılarına layihə çərçivəsində çap edilmiş şəhid ailələrinin, əlilliyi olan müharibə iştirakçılarının və əlilliyi olmayan müharibə iştirakçılarının hüquqları ilə bağlı kitab paylanılıb.

Sonra tədbir çay fasiləsi ilə davam edib.

İştirakçılar bu kimi görüşlərin olmasını təqdirə layıq hesab ediblər.

COP29

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv