Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə sığorta şirkətləri haqqında işini yekunlaşdırıb.
2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda bu sektorla əlaqəli 4557 xəbər yerləşdirilib – 758 xəbərdə konkret şirkət adı çəkilib. Bunlardan 711-i neytral, 9-u müsbət, 38-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Buta Sığorta (11 xəbər – ləğv olunması), Rəvan Sığorta (9 xəbər – müştəriləri aldatması iddiası), Dövlət Sığorta Kommersiya Şirkəti (8 xəbər – sığorta şirkətinin şəhid ailəsinə veriləcək pulu ödəməkdən imtina etməsi). Müsbət xəbərlər isə Paşa Həyat Sığorta (9 xəbər – Böyük Britaniyanın nüfuzlu şirkəti tərəfindən mükafatlandırılması) şirkətinə məxsusdur.
Xəbər sayına görə sıralama:
- Paşa Həyat Sığorta 162 xəbər
- Beynəlxalq Sığorta Şirkəti 78 xəbər
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 78 xəbər
- Atəşgah Sığorta 58 xəbər
- Buta Sığorta 50 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 493 xəbər dərc edilib – 55 xəbərdə hər hansı bir şirkətin adı çəkilib. Bu xəbərlərdən 2-si mənfi, 2-si müsbət, 51-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər Alfa İnsurance (1 xəbər – sığorta şirkətinin fəaliyyətini dayandırması iddiası) və Bakı Sığorta şirkətinə (1 xəbər – vətəndaşları aldatması iddiası) məxsusdur. Müsbət xəbərlər isə Paşa Həyat Sığorta şirkətinə (2 xəbər – Böyük Britaniyanın nüfuzlu şirkəti tərəfindən mükafatlandırılması) məxsusdur.
Xəbər sayına görə sıralama:
- Paşa Həyat Sığorta 11 xəbər
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 xəbər
- Beynəlxalq Sığorta Şirkəti 10 xəbər
- Atəşgah Sığorta 5 xəbər
- Paşa Sığorta 4 xəbər
İyun ayında televiziya kanallarında sığorta ilə bağlı 115 xəbər göstərilib – 11 neytral xəbərdə konkret şirkətin adı qeyd olunub.
Xəbər sayına görə sıralama:
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 9 xəbər
- Buta Sığorta 1 xəbər
- Paşa Həyat Sığorta 1 xəbər
Radio kanallarında iyun ayında bu sektorla əlaqəli xəbər verilməyib.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.