Şəhid olan zabitimiz toya hazırlaşırmış – Fotolar

media-hightechnic-468x90

 

3a00278019b2Xəbər verdiyimiz kimi, martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olublar.

Musavat.com şəhid zabitimizlə bağlı məlumatlar əldə edib. Leytenant Qalib Zülfüqarlı Lənkəran rayonundandır.

Onun atası da hərbçi olub. Qalib Zülfüqarlı nişanlı imiş və evlənməyə hazırlaşırmış.

Qeyd edək ki, şəhidlərin cənazələri artıq ailələrinə təhvil verilib. Onlar bu gün torpağa tapşırılacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600