Şəhid olduğu deyilən hərbi qulluqçu sağdır - RƏSMİ

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq Vətənə gətirilən hərbi qulluqçular arasında Vəliyev Vəliəhəd Şakir oğlu da var.

Yenicag.az xəbər verir ki, 1998-ci il təvəllüdlü V.Vəliyev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlərdə ermənilər tərəfindən əsir götürülmüşdü.

Bir müddət əvvəl onun şəhid olması xəbəri yayılmış, hətta sonradan Lənkəranın Bala Şürük kəndində yaşayan ailəsinə zəng vuraraq sağ-salamat olduğunu bildirməsi ilə bağlı məlumatlar yayılmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600