Səhvən ballistik raket həyəcanı elan olundu, insanlar panikaya düşdü

media-hightechnic-468x90

ABŞ-ın Havay ştatında sakinlərin mobil telefonlarına ballistik raket hücumu təhlükəsi barədə xəbərdarlıq mesajı göndərilib.

Yenicag.az xəbər verir ki, şənbə günü yayılan həyəcan mətnində insanlara “təcili sığınacaq tapmaq” təklif olunub. Bu, insanlar arasında panikaya səbəb olub.

Lakin qısa müddət sonra rəsmilər xəbərdarlığın səhv olduğunu açıqlayıblar.

Havay Fövqəladə Vəziyyət İdarəsi Agentliyinin sözçüsü Riçard Rapoza deyib ki, bu xəbərdarlığın göndərilməsinə nəyin səbəb olduğu bilinmir və hazırda araşdırma aparılır. Havay senatoru Brayan Şatz isə deyib ki, ballistik raketlə bağlı xəbərdarlıq “insan səhvi” ucbatından olub və “tamamilə qəbuledilməzdir”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600