Səidədən həmkarlarına SƏRT İSMARIŞ: “Meyxanaçıların “şot”una…”
“Onlar meyxanaçıların “şot”una irəli gedir”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova “Gün ortası” verilişində deyib.
Sənətçi həmkarları ilə bağlı qalmaqallı açıqlama verib:
“Yaxşı ki, bu meyxanaçılar var. Allah onların canını sağ eləsin ki, bir çox müğənnicikləri özlərinin yanında adam edib, adam içinə çıxartdılar. Ağac bar verdikcə budağını aşağı salır. Bir az aşağıdan gedin. Əyri-üyrü yolla gedib bu cameəyə çıxmısınızsa, xahiş edirəm, dilinizi yumun, işinizlə məşğul olun. Mənim adımı öz adınızın yanında çəkməyin. Onlar meyxanaçıların “şot”una irəli gedir”.
Nehru