Şəkidə 2 məhbus əfv olundu

media-hightechnic-468x90

47569Novruz bayramı ərəfəsində ölkə başçısının imzaladığı əfv sərəncamı Şəki cəzaçəkmə müəssisəsindən iki məhbusa şamil olundu.

Cəzası bağışlanan məhkumlardan ilk olaraq Balakən rayon sakini Rizvan İsayevə azad olunması ilə bağlı sənəd təqdim olundu. O, ailə münaqişəsi zəminində 4 il azadlıqdan məhrum edilmişdi. R.İsayevin cəzasının yarıdan çoxu əfv olunub.
Əfv olunan məhbus azadlığa çıxmağını ikiqat bayram kimi qarşıladı.

Müəssisənin qarşısnda sərəncamın icrasını həyəcanla gözləyən məhkumların yaxınları Novruz bayramı ərəfəsində ölkə başçısının bu humanist addımının ailələrə ikiqat bayram sevinci yaşatdığıını bildirdilər.

Xatırladaq ki, 2014-cü ildə ölkə prezidentinin əfv sərəncamı ilə 1000 nəfərə yaxın məhbusun olduğu Şəki cəzaçəkmə müəssisəsindən 24 məhkum azadlığa buraxılmışdı(ans).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600