“Selfie”-yə görə işindən oldu
Çində əməliyyat zamanı selfie çəkdirən cərrahlar cəzalandırılıb.
10-dan çox cərrah birgə şəkil çəkdirərək sosial şəbəkədə yarləşdiriblər. Bundan xəbər bilən xəstəxana rəhbərliyi həkimlərdən 3-nü işdən çıxarıb, digərlərinə isə xəbərdarlıq edib.
Araşdırmanın gedişatında məlum olub ki, şəkillər 15 avqustda Çinin şimal-qərbindəki Sian şəhər xəstəxanasında çəkilib. Şəkillər sosial şəbəkələrdə sürətlə yayılıb və bu, böyük narazılıq dalğasına səbəb olub.
Fotonu müzakirə edən çinlilər cərrahların bu addımını qeyri-peşəkar adlandırıblar. İnsanların fikrincə, peşəkar nöqteyi-nəzərdən cərrahların bu hərəkəti qəbahətlidir.