Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti - Bu qiymətə satıldı
Yenicag.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsini 600 min manata alıblar.
Səbail rayonunun Azadlıq prospektindəki həmin obyekt 50, 6 kv.metr ərazidə yerləşir. İcra məmuru əmlakı ilk hərracda satıb.
Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün ona şərti cəza verilib. Əlavə olaraq onun çoxsaylı əmlakı müsadirə edilib.













