Şəmkirdə orta məktəbdə yanğın

media-hightechnic-468x90

Şəmkir rayonunda orta məktəbdə yanğın olub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kənd orta məktəbində baş verib.

Belə ki, siniflərdən birində quraşdırılmış sobadan döşəməyə düşən köz sinifdə yanğına səbəb olub. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğının qarşısı isə sakinlər tərəfindən alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Şəmkirin Zəyəm qəsəbəsində yerləşən orta məktəb binasında da yanğın hadisəsi qeydə alınıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa