Sənə sığınıram, Qərənfil…-Gülşən Tanrıdaş

media-hightechnic-468x90

6325-ayten-kazimi-qan-yaddasimiz-3519-950px

gulsenNə lalə, nə nərgiz,

Nə bənovsə, nə susən,

Nə də qızılgül

Yerini tutammadı,

Al qanımıza məlhəm,

Millətimizlə həmrəy olduğun

O gundən sonra Qərənfil.

Sən Şəhidliyin,

Sən İstiqlalın,

Rəmzinə dönəndən sonra Qərənfil.

Sən iftixar,

Sən rəşadət,

Sən ümid gülüsən.

Sən tarix yaradan,

Sən tarixə dönən,

Sən millətləsən

Möhtəşəm çiçəksən, Qərənfil!!!

 

Sən üçrəngli bayrağı

Göylərə qaldıran

Al qanımızın

Yerdəki qudrəti,

Sən vurulduğum,

Sevdiyim,

Hörmət və təzim etdiyim

Birlik ruhunun

Yeganə nişanı,

Yeganə rəngi,

Yeganə ahəngi

Birlik çiçəyimsən Qərənfil!!!

 

Sən Təbrizdə yolu gözlənən

Müqəddəs elci,

Şanli namə,

İlahi mujdə,

İntizar gülüsən Qərənfil!!!

Sən istiqlaldan istiqlala aparan

Dönməzlik himni,

Qovuşmuş millətimin,

Birləşmiş Vətənimin

Azadlıq heykəli,

Quzeyimdən Guneyimə,

Guneyimdən Quzeyimə

Uzanmış əlimdə

VƏHDƏT gulu

Olmalısan Qərənfil!!!

 

Səndən istədiklərim,

Səndən gözlədiklərim

Hələ çoxdur Qərənfil!!!

Sənin rənginin

Ruhuna və qudrətinə

Açdığın cığıra,

Yola sığınıram Qərənfil!!!

 

Gülşən Tanrıdaş

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600