Sənətkarın dostu” Əlixan Səmədovla görüşəcək

media-hightechnic-468x90

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov ilə görüş keçiriləcək.

Görüşdə balaban ifaçılığı sənəti, pedaqoji fəaliyyət, uşaq və gənclərin nəfəs alətlərinə marağının artırılması və xaricdə yaşayan Azərbaycan mədəniyyət xadimlərinin fəaliyyəti mövzularında söhbət aparılacaq. Sənətkarın və istedadlı gənclərin ifasında müxtəlif musiqi əsərləri təqdim olunacaq.

🗓 Tarix: 25.12.2024

⏰ Saat: 15:00

🏛 Məkan: Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbi

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa