Sentyabrda hava necə olacaq?

media-hightechnic-468x90

8202183053729e626219b6ab2abdf07cBakıda və Abşeron yarımadasında orta aylıq hərarət 21-23 dərəcə olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabr ayına olan hava proqnozunu açıqlayıb .

Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 21-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 12-17, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir.

Yuxarı Qarabağ – Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 9-14, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər çox olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 20-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 10-15, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

Mərkəzi-Aran – Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 16-21, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 32 dərəcəyədək yüksələcək) olacağı gözlənilir, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

media-ziraat-728x90

Sentyabrda hava necə olacaq?

media-hightechnic-468x90

download (3)Azərbaycan ərazisində sentyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 19-24, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 33-35 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-23 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-23 dərəcə isti (gecələr 16-21, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 32-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 11-16, gündüzlər 19-24 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 34-50 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 20-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, ayın birinci yarısında bəzi günlərdə 32-34 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 17-21 dərəcə isti (gecələr 13-18, gündüzlər 20-25, ayın birinci yarısında bəzi günlərdə 28-32 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 32-37 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 32-34 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600