Sərdar Cəlaloğlu: “Ciddi elmi işlər görənlər bir addım da irəli gedə bilmirlər” - VİDEO

media-hightechnic-468x90

“Azərbaycanda elm və təhsildən danışmaq gülüncdür. Dünya standartlarına görə, dövlət büdcəsindən 2 faizdən artıq elmə pul ayrılmayan ölkədə heç bir inkişafdan danışmaq olmaz”.

Yenicag.az xəbər verir ki, bu sözlər Azərbaycan prezidentliyinə namizəd Sərdar Cəlaloğluna məxsusdur.

Prezidentliyə namizədlərin dəyirmi masasında çıxış edən Cəlaloğlu təhsil siyasətini tənqid edərək, maraqlı fikirlər səsləndirib:

“Prezident aparatının rəhbəri Ramiz Mehdiyev özü də etiraf etdi ki, son illər Azərbaycanda elmlər doktorları dövlət məmurları, komitə sədrləri və Yeni Azərbaycan Partiyasının rəhbərləridir. Akademiyada illərdir əziyyət çəkən, çox ciddi elmi işlər görənlər isə bir addım da olsun irəli gedə bilmirlər”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600