Sergey Şoyqunun səfərinin səbəbi bəlli oldu

media-hightechnic-468x90

16844Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfərini hərə öz arşınıyla ölçməkdəir.

“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik-leytenant Üzeyir Cəfərov hesab edir ki, Şoyqu nəyə gəlmişdisə ona da nail oldu:

“Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Serqey Şoyqunun Bakıya rəsmi səfəri adi rəsmi səfərlərdən biridir və burda nə isə qeyri-adi bir məqam axtarmağa dəyməz.

Bu görüş ilin əvvəlində razılaşdırılmışdı və Azərbaycandan daha çox şimal qonşumuza lazim idi. 2015-ci il üçün birgə plan öz yerində olmaqla yanaşı, şəxsən mənim diqqətimi çəkən 2 vacib məqamı qeyd etmək istərdim.
Birincisi, bundan sonra RF-nın hərbi dəniz donanmasının kadrlarının bizim Bakı Hərbi Dənizçilik məktəbində kurslarda iştrakı və təkmilləşmə prosesini keçməsidir. Ruslar gözəl bilirlər ki, bu məktəb hələ keçmiş SSRİ zamanında ən güclü tədris bazasına və kadr potensialına malik olan tədris müəsissəsi olub. Ona görə də yenə o məktəbə ehtiyacları yaranıb deyə, bu haqda razılıq əldə edildi. İkinci daha önəmli məqam ondan ibarətdir ki, RF faktiki olaraq xarici dövlətlərin hərb qüvvələrinin Xəzər ərazisində yerləşməsini əngəlləyən razılığa nail oldular. Açıq demək lazımdır ki, RF bu məsələ ətrafında çoxdan idi ki, dərin narahatçılıq keçirirdi. İndi isə onlar istəklərinə demək olar ki nail oldular. RF-nın müdafiə nazirinin bu səfərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini düşünənlərə isə tələsməməyi məsləhət görərdim. Bu səfərin o məsələlərə aidiyyatı demək olar ki, sıfır dərəcəsindədir. Bir də ola bilsin ki, yaxın vaxtlarda bu istiqamətdə hansısa aktiv diplomatik addımların atılmasının şahidi olaq. Orumuzun inkişafı baxımdan isə hesab edirəm ki, bu gün də RF-nın qabaqcıl təhsil ocaqları mövcuddur. Biz orada ordumuz üçün müəyyən kadrların hazırlanmasını həyata keçirə bilərik. Bir də ordumuz üçün lazım olan silah-sursatın alınması üçün yaxşı imkanlar əldə etmiş oluruq. Hərçənd ki, bu gün dünyada NATO standartlarına, silah-sursatlarına daha çox üstünlük verirlər. Düşünürəm ki, yaxın zamanlarda biz bu səfərin mənfi-müsbət tərəflərinin şahidi olacağıq.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600