“Şerif”in yenidənqurma mərhələsində olması düşünürəm ki, “Zirə”nin xeyrinə işləyəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında avrokubokların təsnifat mərhələsi çərçivəsində qarşılaşacaq “Şerif”-“Zirə” matçını dəyərləndirən idman jurnalisti Kənan Məstəliyev deyib.
Onun sözlərinə görə, ilk baxışdan, kağız üzərində “Şerif”in favorit olduğunu görə bilərik:
“Bu da təbbi haldır. Çünki rəqib avrokubok “döyüşçüsü”dür və avrokuboklarda mütamadi oynanyan, uğurlar qazanan, pley-offa çıxmış komandadır. “Şerif” kimi rəqibi heç bir komanda ilkin mərhələdə rəqib kimi görmək istəməz. Rəqib hətta “Qarabağ”ın rəqibi olsaydı və komandamızın nə qədər güclü olduğunu bilsək belə, ehtiyatla danışmalı olacaqdıq. Düzdür, “Şerif” ən azı 2 il əvvəlki “Şerif deyil. Komanda yerli çempionatda da qalib gələ bilməyib. Belə desək, komandada yenidənqurma başlayıb. Bunu ən azı transferlərində görmək mümkündür. Rəqib komandaya gələn futbolçular da yaxşı oyunçulardır. “Şerif” öz gücünü saxlamaqdadır. Rəqibin yenidənqurma mərhələsində olması düşünürəm ki, “Zirə”nin xeyrinə işləyəcək. Komandaya birdən birə bu qədər oyunçunun gəlməsi oyunçuların uyğunlaşması baxımından onun qalib gəlmə şansını azaldır”.
Mütəxəssis qeyd edib ki, “Zirə” isə qolu əks hücumlarda axtarmağa çalışacaq:
“Zirə” isə bir iki transfer edərək, əsasən komandanın “onurğa sütunu”nu qoruyub. Bu da futbolçular komandada kollektiv oyununa üstünlük verərək oynayacaqlar. Bu komandamızın şansını nisbətən artırır. Oyun üslübu olaraq, “Şerif” “Zirə”yə sərf edən rəqibdir. Daha çox hücum futbolu oynayan komandadır. “Zirə” isə qolu əks hücumlarda axtarmağa çalışacaq. Bu da uyğundur. Düşünürəm ki, ilk matç səfərdə deyil doğma meydanda olsaydı, rəqibin gücünü öz meydanımızda hiss etsəydik daha yaxşı olardı. Düşünürəm ki, Rəşad Sadıqov əlinə düşən kiçik şanslardan belə, istifadə edəcək. Ölkə çempionatında öz gücünü sübut etməyə çalışdığı kimi avrokuboklarda da öz gücünü göstərməyə çalışacaq”.
İsmayıl Bakuvi
www.yenicag.az