Norveçli seriyalı qatil Andreas Breyvik özünün faşist mahiyyətini bir daha nümayiş etdirib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, onlarla insanı qətlə yetirmiş Andreas Breyvik vaxtından əvvəl azadlığa buraxılması üçün qaldırdığı iddia əsasında keçirilən məhkəmədə hakimləri nasist salamı ilə qarşılayıb.
Bundan başqa, Breyvik Norveçin Telemark regionunda yerləşən Şien şəhərində keçirilən məhkəmə zamanı iclas zalına “Bizim ağ xalqlara qarşı soyqırımını dayandırın” və “Nasistlərin vətəndaş müharibəsi” yazılmış plakatlar da gətirib.
Məhkəmədə çıxış edən prokuror bildirib ki, Breyvik hətta ona kəsilmiş 21 illik həbs cəzasını çəkdikdən sonra da cəmiyyət üçün təhlükə kəsb edəcək. Ona görə də onu azadlığa buraxmaq olmaz.
Breyvikin vəkili isə nə olursa-olsun, müvəkkilinin vaxtından əvvəl azadlığa çıxması üçün sona qədər mübarizə aparılacağını deyib.
www.yenicag.az