“Bakıya gətirilən elektrik mühərrikli avtobusların istismar sistemini qurmaq heç də ucuz başa gəlməyəcək”.
Bu fikirləri sərnişindaşımada elektrik mühərrikli avtobuslardan istifadənin gediş haqqı qiymətlərinə mümkün təsiri haqda danışan nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, elektrik mühərrikli avtobuslardan istifadə gediş haqqına təsir edəcək:
“Azərbaycana hələ ki elektrik mühərrikli 2 avtobus gətirilib və yaxın günlərdə daha bir analoji avtobusun gətirilməsi planlaşdırılır. Belə avtobuslar bahalı olduğu üçün sahibkarlar onların alınmasına kifayət qədər xərc çəkir.
Buna görə də düşünürəm ki, elektrik mühərrikli avtobuslardan istifadənin gediş haqqına təsiri qaçılmazdır. Yalnız dövlət tərəfindən subsidiyalar ayrılarsa, gediş haqqının sabit qalacağını gözləmək olar.
Eyni zamanda, o da nəzərə alınmalıdır ki, Bakıya gətirilən elektrik mühərrikli avtobusların istismar sistemini qurmaq heç də ucuz başa gəlməyəcək”.
Nuray Məmmədzadə
www.yenicag.az