Serqey Narışkin Krım haqqında nələr danışdı?

media-hightechnic-468x90

nyhujRusiya Dövlət Dumasının sədri Serqey Narışkin uzun illər əvvəl Krımın əslində Ukrayna tərəfindən ilhaq edildiyinə dair açıqlama ilə çıxış edib.

Bunu Rusiya Dövlət Dumasının sədri Serqey Narışkin parlamentin aşağı palatasında çıxış edərkən bildirib.

S. Narışkin deyib ki, Ukraynanın Krımı uzun illər əvvəl ilhaq etməsi Rusiyanın bir sıra siyasətçilərinin məsuliyyətsizliyi üzündən mümkün olub: “Hələ 1992-ci ilin yanvarında Krımda referendum keçirilib. Bu referendum Krımın Ukraynaya verilməsini nəzərdə tutub.

Referendumun lehinə 93 faiz səs verilmişdi. Görünür məhz o zaman, 23 il əvvəl Krımın ilhaqı həyata keçirilib. Düzdür, bu sülh yolu ilə edildi. Lakin, bu həqiqətən ilhaq idi”.

Dumanın sədrinin sözlərinə görə, Krımın Ukraynaya verilməsi də ədalətsizlik olub: “Krımın Sovet Ukraynasına verilməsi 1954-cü ilin fevralın 19-da baş tutdu. Rusiya prezidenti Vladimir Putinin fikrincə, əmri həyata keçirən SSRİ-nin baş katibi Nikita Xruşovun məqsədlərinin nə olduğu dəqiq bilinmir. Lakin 16 mart 2014-cü ildə Krımda referendum keçirildi. Rəsmi məlumatlara görə, 96.77 faiz Krım əhalisi Rusiyanın tərkibinə qatılmağı dəstəklədi. Bundan sonra prezident Vladimir Putin rəsmi olraq Krımı müstəqil respublika kimi tanıdı. Həmçinin, Krımın Rusiya Federasiyasına qəbul edilməsi və Rusiyanın tərkibində yeni subyekt olması barədə Duma seçkinin nəticəsini təsdiqlədi”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600