“Mənə böhtan atan və haqqımı mənimsəyən heç kəsi bağışlamıram”.
Yenicag.az xəbər verir ki, bu sözləri şoumen, aktyor və son vaxtlar müğənni kimi fəaliyyət göstərən Sərxan Kərəmoğlu ona pislik edən insanlara səslənərək deyib.
Kərəmoğlu Kəbə ziyarətindən video paylaşaraq, onlara ismarış da yollayıb:
“Allah hər birinizi pis niyyətli insanlardan qorusun. Kiminsə haqqını yemək olmaz. Günahlar etməyin, böhtan, şər atmayın. Şər, böhtan atacaqsızsa, Allah bağışlasın. Bu yaxınlarda mənə də böhtan atdılar. Buradan mənə şər atan, haqqıma girən insanlara səslənirəm. Mənə böhtan atan və mənəvi haqqımı yeyən heç kəsi bağışlamaram. Quranda da yazılıb ki, sənin haqqını yeyəni sən yerində otuzdurmasan, yoxsa elə ən günah işi sən özün görmüş olarsan. Mənə pislik edənlərə duaçıyam, amma onları heç vaxt bağışlamaram. Allahın da işinə qarışa bilmərəm. İstəsə bağışlayar, istəməsə yox”.
Cəvahir
www.yenicag.az