Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Sevdanı bezdirdilər: “Soruşurlar, nə vaxt ərə gedirsən?” - FOTOLAR

Müğənni Sevda Yəhyayeva efirlərdə və sosial şəbəkələrdə şəxsi həyatı ilə bağlı verilən suallardan cana yığıldığını deyib.

Yenicag.az-a açıqlama verən müğənni buna görə qəti qərara gəldiyini bildirib:

“Hara gedirəm soruşurlar ki, xoş gün nə vaxt olacaq, haçan ərə gedirsən? Bunu Allah bilir. Nə vaxt qismət olsa, subaylığın daşını mən də atacam. Artıq bu sualı ünvanlamaq və cavablandırmaq məni qıcıqlandırır. Qərara almışam ki, daha bu barədə danışmayım. Çünki mən cavab verməkdən yoruldum, amma sual ünvanlamaqdan yorulmadılar”.

Sevda heç kimə aşiq olmadığını da etiraf edib:

“Ailəmi, anamı, doğmalarımı sevirəm, amma hələ ki sevdiyim insan yoxdur”.

Müğənni efirlərə az-az çıxmağına da aydınlıq gətirib:

“Çox istərdim ki, efirlərimizdə əvvəlki vaxtlarda olduğu kimi maraqlı verilişlər nümayiş olunsun. Amma təəssüf ki, belə deyil. Buna görə də verilişlərə az-az çıxıram. Getdiyim verilişlərə baxıram və seçib gedirəm. Özümü görmədiyim verilişə getmirəm”.

Cəvahir

www.yenicag.az

15162
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100