!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sevdanın toyuna kimlər gəldi? – FOTOLAR

!Reklam – Yazi

Müğənni Sevda Yahyayeva subaylığın daşını atıb.

Yenicag.az xəbər verir ki, paytaxt restoranlarının birində sənətçinin toy mərasimi keçirilib.

Aparıcısı Nəsib Nur olan toya tanınmış şou-biznes nümayəndələri, eləcə də sənət adamları qatılıb.

Dəvətlilər sırasında Xalq artistləri Məleykə Əsədova, Faiq Ağayev, Röya Ayxan, Tünzalə Ağayeva, Abbas Bağırov, Oksana Rəsulova, Ruhi, Mətanət İsgəndərli, müğənnilər Rəqsanə İsmayılova, Ayaz Qasımov, Zamiq Hüseynov və başqaları yer alıb.

Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ailə həyatı qurub. Cütlük çoxdan nişanlı olsalar da, pandemiya səbəbindən toy təxirə düşmüşdü.

Toydan fotoları təqdim edirik:

Cəvahir

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv