Sevgi, Mərhmət Dolu Uşaqlar Böyüdək!

media-hightechnic-468x90

   Məktəb  hər zaman təhsil və tərbiyə ocağı olmaqla yanaşı hər bir şagird üçün müqəddəs və ikinci ev  hesab edilib. Valideyn də məhz məktəbə bu cür yanaşaraq güvən və gələcəklərinə ümid hissləri ilə uşaqlarını məktəbə yola salıblar. Ancaq son günlər yaşananlar hər kəs üçün travma oldu, qorxu yaratdı. Məktəb deyəndə  hər kəsin gözündə həyatdan qoparılan, arzuları yarım qalan uşaqlarn, ailələrin tablosu canlandı. 

media-banner_tkm

Bütün bunlar nə qədər ağrılıdırsa, o fidanları  həyatdan qoparanın özünün də uşaq olması bir o qədər ağrılıdır.

Bu olaylar artıq qoxuducu bir hal alıb. Çünki son zaman bu cür hadisələrlə təəssüflər olsun ki, tez-tez rastlaşırıq. Düşünürəm ki, uşaqlar artıq özü həyacan təbilini çalır. Sevgisiz, diqqətsiz qalan uşaqlar diqqəti özünə cəmləmək üçün, içində böyütdüyü kini, nifrəti qusmaq naminə  bir başqa uşağın canına qəsd etməkdən belə çəkinmir.

Bəzən valideynlər həm uşaq, həm özləri üçün sakitliyi mavi monitorda tapsa da, bu gün valideyn nəzarətindən, sevgisindən kənar qalan, ağıllı elektronikalar qarşısında əyləşən sakit uşaqların içində hər an partlayacaq bir vulkan yatır. Və bir gün həmin uşaq ayılır ki, saatlarla vaxtını keçirdiyi oyunlar, əyləncələr, içindəki sevgi, qayğı boşluğunu doldurmur. O, boşluğun acısı isə ağır nəticələr gətirib çıxarır. Nəticədə o da oynadığı oyunlardakı sevgisiz, hissiyatsız roborta çevrilir.

Uşaq vaxtı həvəslə izlədiyimiz bir türk sineması vardı- Hababam sınıfı. Orada müəllimin  valideyn iclasında işlətdiyi cümlələr bu gün də çox aktualdır. Müəllim uşaqları qiymətləndirən karneləri valideynlərə təqdim edir və həmin karnelərin valideynlərin əsəri olduğunu bildirir.  Həmçinin bildirir ki, ailə övladının qarnını doyurmaqla, maddi ehtiyaclarını ödəməklə yetinməməlidir, onların mənəvi zənginliklərinə də diqqət göstərməlidir. Valideyn övladına mərhəmət və başqasının acısını hiss etməyi öyrətməlidir. Mərhəmətsiz  büyüyən bir uşaq ən kiçik xəyal qırıqlığ yaşayanda belə vəhşiləşə bilir.  Müəllimlərə isə disiplin və sevgi tarazlığını qorumalarını,  ciddi duruşuna rəğmən uşaqların qəlbinə sevgi ilə toxunmalarını və hər zaman övladı kimi hiss etdirmələrini tövsiyyə edir.

Əlbəttə bütün sevgi görməyən uşaqlar cinayətkar olmur amma fikrimcə bütün cinayətlərin kökündə sevgidən, diqqətdən kənar qalan məsum uşaqlıq dayanır.

Daha sonar  məşhur yazıçı Roald Dahlın “Matilda” əsəri yadıma düşür. Yazıçının bu əsəri ağıllı, güclü və mübariz, məktəbli  bir qızdan bəhs edir. Valideynlərinin fərsiz hesab elədiyi Matilda əslində, olduqca istedadlı, qeyri-adi balaca qızdır. Getdiyi məktəbin evdən fərqli olacağına ümid edən Matilda burada da məyusluqla qarşılaşır, bəzi qəddar davranışlar görür. Ancaq mehriban, səmimi müəllimi Miss Hane Matildanın zəkasını, əzmini kəşf edərək ona dəstək olur. Bir gün Matilda daxili gücünün təkcə ağıllı olması ilə məhdudlaşmadığını, eyni zamanda qeyri-adi telekinetik qabiliyyətə malik olduğunu kəşf edir. O, bu gücünü istifadə edərək ədalətsizliyə və zalımlığa qarşı mübarizə aparmağa qərar verir. Əsərdə fantastik görünən bu bacarıq əslində isə sevgi görən uşaqların özündə müsbət xarakterlərini, bacarıqlarını kəşf edərək bütün dünyanı iç dünyalarındakı kimi gözəl bir dünyaya çevirməyə qadir olduğunu göstərir. Bununla da əsər sehrli və motivasiyaedici bir hekayə kimi dünya ədəbiyyatında çox dəyərli yer alır.

Bütün bunlar göstərir ki, hər bir uşaqlar sevgiyə möhtac məsum bir şəxsiyyətdirlər. Onların hər biri Matildanın müəllimi Miss Haney kimi onun daxili aləmini kəşf edəcək birinə ehtiyacı var. Bu isə tək valideynin və ya müəllimənin öhtəsinə düşmür. Ancaq ilk olaraq valideyn olmaqla, həm valideynin həm də müəllimin üzərinə müəyyən vəzifələr qoyur.

Bu gün cinayəti törədən uşağa ən ağır cəza fikirlərinin əvəzinə uşaqları cinayətdən, səhv əməllərdən qoruyacaq güclü mübarizəyə, valideyn-müəllim-toplum birlikdə olmaqla sosyal proqramlara ehtiyac var. Bəli həyatdan köçən uşaqları qaytarmayacaq amma daha çox fidanların həyatdan qoparılmasının qarşısını alacaq! Və hələ tanımadığımız bir çox “Matilda”nı  kəşf etməyimizə kömək olacaq. Hər bir uşağın cinayətkar deyil cəmiyyət üçün faydalı şəxsiyyət olmağa haqqı var!

Cəmilə Əbülfət Kərim

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05